Dərs 1. İsimlərin cəmlənməsi

Koreya dilinin ən asan mövzularından biri isimlərin cəmlənməsidir.

Sözün sonu saitlə bitərsə ona 들 (dıl) ; samitlə bitərsə ona 을 (ıl) əlavə etmək lazımdır. Məsələn ;

사과 (saqva) – alma sözünün sonu saitlə bitdiyi üçün ona 들 (dıl) əlavə etmək lazımdır. Bu zaman 사과들 (saqvadıl) – almalar olur.

Samitlərə də misal göstərək ; 학생 (haksenq) – şagird , 학생을 (haksenqıl) – şagirdlər.

Cəmlənmiş sözdən sonra saitlə başlayan şəkilçi artırılarsa, bu sözün cəm şəkilçisi dıl / ıl yox; dır / ır kimi tələffüz olunacaq, ancaq yazıda olduğu kimi qalacaq .

Məsələn; 학교들 (hakyodıl) – məktəblər. İndi isə bu sözə 이 şəkilçisini artıraq ; bu zaman söz yazılışı olduğu kimi qalacaq, yəni 학교들이 olacaq, tələffüzdə isə hakyodıri olacaq. Gördüyünüz kimi cəm şəkilçisinin son samiti dəyişib r kimi tələffüz olundu.

Başqa bir misal göstərsək, məsələn : 책 (çeq) – kitab, cəmlənməsi – 책을 (çeqıl) , saitlə başlanan şəkilçi artırıldıqda isə 책을이 (çeqıri) olur.

Bugünlük dərsimiz bu qədər idi. Daha çox dərslər üçün saytı takip etməyi unutmayın ^_^

Design a site like this with WordPress.com
Başla: