Dərs 3. ” 의” şəkilçisi

Hərkəsə yenidən salam. Bu dərsimizdə şəxs əvəzliklərini öyrənirik

Gördüyünüz kimi hər bir şəxsin rəsmi və səmimi şəkildə işlənmə qaydaları və ingilis dilində olduğu kimi bəzi şəxslərdə cinslərə görə ayrılma var.

Hansının rəsmi, hansının səmimi şəkildə işlənməsini bilmək vacibdir.

Çünkü, əgər internetdə araşdırsanız görəcəksiniz ki, böyüklərlə və tanımadığımız şəxslərlə danışıqda səmimi formadan istifadə etsək qarşı tərəf bunu özünə qarşı hörmətsizlik ifadəsi kimi başa düşəcək.

Ümumi şəkildə anlatsam, sənin ; mənim və s. şəkildə mənsubiyyət bildirmək üçün 의 (ıy/ie) şəkilçisindən istifadə edilir.

İndi isə bəzi söz kartlarına və onların tələffüzünə nəzər yetirək, daha sonra isə cümlə nümunələrinə baxaq.

1. 너의 아이스크림이 주황색이에요 (sənin dondurman narıncı rəngdədir)

Bunu sual cümləsinə çevirək

1. 너의 아이스크림이 무슨 색이에요? (sənin dondurman nə rəngdədir?)

2. 그녀의 제일 좋아하는 가수는 수지입니다 (onun ən sevdiyi müğənni Suzidir)

3. 그들의 모자는 너무 예뻐요 (onların papaqları çox gözəldir)

너무 (nomu) – çox ; 예뻐요 (yebboyo) – gözəl

Yuxarıya qoyduğum əvəzlikləri əzbərləyərsiniz. Gələcək dərsdə görüşmək ümidi ilə .

Design a site like this with WordPress.com
Başla: