İsim cümlələri 입니다 (imnida) və 이에요 / 예요 (iyeyo / yeyo) – dır⁴ ilə düzəlir. 입니다 (imnida) özümüzdən böyüklərlə, tanımadığınız biri ilə danışarkən hörmət mənasında işlədilir. 이에요 / 예요 (iyeyo/yeyo) isə yaşıdlarımızla, özümüzdən kiçiklərlə və daha səmimi olduğumuz biri ilə danışarkən istifadə olunur.
Məsələn; 선생님 입니다 (sonsengnim imnida) cümləsinin tərcüməsi müəllimdir deməkdir və hörmət cümləsi kimi düzəlib çünkü sonunda 입니다 var.
Bu cür cümlələr ən çox suallara cavab vermək məqsədilə işlədilir.
Əlavə : 무슨? (musın) – hansı ? / nə?
Məsələn ; 1. 당신이 제일 좋아하는 색은 무슨입니까? (Sənin ən sevdiyin rəng hansıdır?) 2. 파란색입니다 (mavidir)
Bu dərsdən sonra bütün dərslərə söz kartları qoyacağam. Bu söz kartlarını əzbərləyək ki söz dağarcığımız böyük olsun.
Bu dərsdə isə rəngləri öyrənəcəyik


Sual cümləsi
Sual cümləsi 입니까 (imniqqa) ilə düzəlir. 이에요 / 예요 (iyeyo / yeyo) nu isə sual şəklində demək üçün sadəcə sonuna sual işarəsi əlavə etmək lazımdır.
Məsələn : 1. 이 가방은 무슨 색입니까?
Bu çanta nə rəngdədir?
Əlavə : 이 (i) – bu ; 가방 (kabanq) – çanta
2. 이 가방은 빨간색입니다
1. 이 모자가 무슨 색이에요? (Bu papaq nə rangdədir?)
Əlavə : 모자 (moca) sözünün sonunda 는 (nın) şəkilçisini görürük. Bu şəkilçinin Azərbaycan dilində qarşılığı yoxdur sadəcə cümlə qurmaq üçün istifadə olunur. Məsələn : 1. 우리 집은 녹색입니다. ( bizim evimiz yaşıl rəngdədir) 집 (cip) – ev sözü samitlə bitdiyi üçün 은 (ın) artırıldı. Bu cümlə təkcə 우리 집 녹색입니다 kimi yazılsaydı səhv olacaqdı çünkü ev sözünün sonunda 은 / 는 şəkilçisi yoxdur. Yəni bir sözlə cümlənin əsas sözünə bu şəkilçi artırılmalıdır.
2. 이 모자가 노란색 이에요. (Bu papaq sarı rəngdədir)
İnkar cümləsi
İnkar cümləsi isə indiyə qədər öyrəndiyimiz 입니다 , 이에요 / 예요 , 입니까? , 이에요 ? / 예요 ? sözlərinin əvvəlinə 안 (an) artırmaqla düzəlir.
İndi isə hər birinə nümunə göstərək :
1. 저의 눈은 파란색이 안입니다. (Mənim gözlərim mavi deyil)
Bu cümlədə 눈 (nun) – göz sözünə qabaqcadan öyrətdiyim ın / nın şəkilçisini artırdıq. Çünkü cümələdə söhbət gözdən gedir. Ancaq bir şey nəzərinizə çarpmışsa cümlədə sadəcə göz sözünə yox, həmçinin 파란색 (mavi) sözünədə şəkilçi artırıldı. Çünkü söhbət gözün rəngindən gedir.
Əlavə : cümlələrdə 은 / 는 şəkilçisi yerinə 이 (i) / 가 (qa) şəkilçisi görə bilərik. Əslində, bu şəkilçilərin hər biri eyni mənanı bildirir. Ancaq tək bir fərqləri var ki 은 /는 şəkilçiləri həmişə eyni şəkildə olan cümlələrdə işlədilir. Məsələn : dəniz bilirik ki mavi rəngdə olur, buna görə də 은 / 는 şəkilçilərindən istifadə edirik : 바다는 파란색 이에요 (dəniz mavi rəngdədir) Ancaq mənası dəyişkən olan sözlərdə 이 (i) / 가 (qa) şəkilçilərindən istifadə edilir. Məsələn : bir papağın yada paltarın rəngi dəyişkən ola bilər yəni tək bir rəngdə olmurlar. Buna görə də cümlədə 이 / 가 şəkilçisi qəbul edirlər.
2. 저의 눈은 파란색이 안이에요 (mənim gözüm mavi deyil)
Başdaki cümlə ilə bu cümlənin fərqi ondadır ki, ilk yazdığım 저의 눈은 파란색이 안입니다 cümləsi hörmət mənasında 입니다 qəbul edib. 2-ci cümlədə isə səmimi mənada işləndiyi üçün 이에요 qəbul edib.
3. 저의 눈은 파란색이 안입니까? (Mənim gözüm mavi deyil?) –Hörmət mənasında–
4. 저의 눈은 파란색이 안이에요? (Mənim gözüm mavi deyil?) –Səmimi mənada–
Bu nümunələrin hamısını eyni cümlə ilə yazdımki qarşılaşdırdıqda sizin üçün asan olsun. Deməli, bugünki dərsimizdə isim cümlələrini, sual cümlələrini və onları inkarda işlətməyi öyrəndik. Daha çox dərs üçün məni instagramdan və saytı takip etməyi unutmayın ^_^